Bu təhsil müəssisələrində boş yerlərə seçim başladı

Bu təhsil müəssisələrində boş yerlərə seçim başladı

Hazırda oxunan: Bu təhsil müəssisələrində boş yerlərə seçim başladı

89417

Mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçimi mərhələsinə start verilir.

Bu barədə Bizim.Media-ya Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, II mərhələ üçün proses avqustun 19-da saat 11:00-da başlayır və avqustun 22-si saat 17:00-da başa çatır.

Bu mərhələdə ümumilikdə 8 min 859 şagird iştirak hüququ əldə edib:

- Birinci mərhələdə seçim etməyən şagirdlər;

- Birinci mərhələdə seçim edib qəbul olmayan şagirdlər.

Boş qalan yerlərə lisey seçimi etmək üçün elektron xidmət portalında (//sy.edu.az/login) “Şəxsi kabinet”ə daxil olaraq “İmtahanlar” bölməsinə keçid edilməli və istəyə uyğun olaraq bir və ya iki seçim edilməlidir.

Daha sonra seçimlər yadda saxlanılmalıdır.

Avqustun 22-dək seçimlərin ardıcıllığı dəyişdirilə, yaxud silinə bilər. Şagird qəbul olduğu halda avtomatik sorğu yaradılacaq.

Daha sonra şagirdin şəxsi işləri valideyn tərəfindən ötən tədris ilində təhsil aldığı məktəbdən təhvil alınaraq qəbul olduğu ümumtəhsil müəssisəsinə təhvil verilməlidir.

Mərkəzi imtahan keçirilən liseylər üzrə boş qalan yerlərin siyahısı Təhsil İnstitutunun saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO