Akif Nağının yeni yaratdığı partiyaya dəvətinə Aqil Abbasdan CAVAB: “Bir dəfə qələt edib...”  

Akif Nağının yeni yaratdığı partiyaya dəvətinə Aqil Abbasdan CAVAB: “Bir dəfə qələt edib...”  

Hazırda oxunan: Akif Nağının yeni yaratdığı partiyaya dəvətinə Aqil Abbasdan CAVAB: “Bir dəfə qələt edib...”  

89364

Azərbaycan siyasi səhnəsinə daha bir partiya qədəm qoydu. Yenicə yaradılan partiya Qarabağ Azadlıq Təşkilatının bazasında yaradılıb. Azad Vətən Partiyası adlanan bu siyasi institut 2 gün öncə özünün təsis qurultayını keçirdib. Yayın isti cırcırmsında səssiz-küysüz, qonaqsız-qarasız təsis qurultayında cəmi 110 nəfər iştirak edib. Bəs, QAT niyə ləğv olundu?

Bu barədə Bizim.Media-ya danışan yeni partiyanın sədri Akif Nağı bildirdi ki, “Qarabağ Azadlıq Təşkilatı artıq öz missiyasını başa vurdu.

Müzəffər ordumuz tərəfindən Qarabağımız ümumən azad olundu. İnanırıq ki, ən yaxın gələcəkdə Xankəndi və digər ərazilər də ermənilərdən təmizlənəcək. Ona görə də biz ictimai fəaliyyətdən siyasi platformaya keçməyin vaxtı olduğunu gördük. Və bundan sonra QAT-ın üzvləri yeni Azad Vətən Partiyası sıralarında siyasi fəaliyyətlərini davam etdirəcəklər”.

Partiyanın təsis yığıncağının tez-tələsik və isti yay günlərində keçirilməsinisə partiya sədri belə izah etdi:

“Qarabağın azad olmasından artıq xeyli vaxt keçir. Ona görə də biz bir qədər gecikmişdik. Doğrudur isti yay günlərində tədbir təşkil etmək və keçirmək çox çətindir. Bu çətinliyi nəzərə alaraq cəmi 110 nəfərlə qurultayımıza nümayəndə dəvət etmişdik. İstilərə görə hətta qurultayın işinə heç bir siyasi partiyadan qonaq da dəvət etmədik”.

Ölkəmizdə 60-a yaxın siyasi partiya var. Bu qədər partiyalar arasında AVP necə baş çıxardacaq? 

Akif Nağı dedi ki, istəyirik ki, sıralarımıza daha çox gəncləri cəlb edək. Amma tanınmış simaların partiyamızın sıralarında olması təbii ki, gücümüzə güc Qatar:

“Ona görə də hər bir azərbaycanlı ziyalısını sıralarımızda görmək istəyərdik. Hətta parlamentəki bəzi müstəqil deputatların bizim sıralarımızda olmasını çox arzu edərdik. Məsələn, Aqil Abbas kimi fəal deputatın və ziyalının bizim partiyanın sıralarında olmasını çox istərdik”.

Akif Nağının Azad Vətən Partiyasına Aqil Abbasın da dəvət etməsinə millət vəkilinin də fikrini aldıq.

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, mən Akif Nağını yeni partiya yaratması münasibəti ilə təbrik edirəm və ona uğurlar arzulayıram:

“Amma mən ömründə bir dəfə qələt edib Kommunist Partiyasının üzvü olmuşam. Və bundan sonra heç bir partiyada, siyasi cərəyanda təmsil olunmaq fikrim əsla yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO