Qubanın dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndinin sakinləri üçün rayon rəhbərliyinin səyyar qəbulu keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəbulda rayonun aidiyyatı qurumları və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Qubanın icra başçısı Ziyəddin Əliyev sakinləri narahat edən problemləri dinləyib.
Sakinlər əsasən işsizlik, elektrik transformatorunun köhnə olması ilə bağlı narahatlıqlarını rayon rəhbərinə çatdırıblar.
Ziyəddin Əliyev sakinlərə Xınalıq kimi unikal kəndin qarşıdakı ildə YUNESKO-nun mədəni irs siyahəsına salınacağı ilə bağlı görüləcək işlərdən danışıb.
Səyyar qəbulda iştirak edən Dövlət Turizm Agentliyinin, Əmək və Məşulluq Mərkəzinin nümayəndələrinə yeni layihələrə kənd sakinlərini cəlb etmək tövsiyə edilib.
Sakinlərin transformatorla bağlı probleminin isə sentyabr ayının sonuna kimi həll ediləcəyi bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu
- A-
- A
- A+
Cəmiyyət
07:28 / 19.08.2022
Xınalıqda səyyar qəbul keçirildi - FOTO
Hazırda oxunan: Xınalıqda səyyar qəbul keçirildi - FOTO
Hazırda oxunan: Xınalıqda səyyar qəbul keçirildi - FOTO
89340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.