Ağsuda atmosferi çirkləndirən sürücülər cərimələndi - FOTO

Ağsuda atmosferi çirkləndirən sürücülər cərimələndi - FOTO

Hazırda oxunan: Ağsuda atmosferi çirkləndirən sürücülər cərimələndi - FOTO

89334

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, şəhər ərazisində keçirilən tədbirlər zamanı xüsusi cihaz vasitəsilə nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların miqdarı yoxlanılıb.Yoxlamalar zamanı bəzi avtomobillərdə tullantının normadan artıq olduğu müəyyən edilib.

Həmin nəqliyyat vasitələrini idarə edən sürücülərlə izahedici söhbətlər aparılıb və bildirilib ki,ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.

Həmin sürücülər barəsində yol polisi əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO