Azərbaycanda narkotikanı təbliğ edən musiqiçi saxlanıldı - FOTO

Azərbaycanda narkotikanı təbliğ edən musiqiçi saxlanıldı - FOTO

Hazırda oxunan: Azərbaycanda narkotikanı təbliğ edən musiqiçi saxlanıldı - FOTO

89306

İlkin Çərkəzoğlu (Hüseynli) adı ilə sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni musiqili videolarla təbliğ edən şəxs narkoloji dispanserə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, İlkin Hüseynli saxlanılaraq polis idarəsinə gətirilib. Onunla profilaktik söhbət aparılıb.

İ.Hüseynli səhvini səmimi şəkildə etiraf edib və o, narkotik maddələri təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib.

Eyni zamanda onun üzərinə baxış zamanı şəxsi istifadəsi üçün əldə etdiyi narkotik maddə olan marixuana da aşkarlandığından Onun barəsində inzibati tənbeh tədbiri görülüb.
O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün narkoloji dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO