Bu gün Eldar Quliyevin 80 yaşı olur

Bu gün Eldar Quliyevin 80 yaşı olur

Hazırda oxunan: Bu gün Eldar Quliyevin 80 yaşı olur

8927

Bu gün xalq artisti, görkəmli kinorejissor Eldar Quliyevin doğum günüdür.

Bizim.Media xəbər verir ki, rejissorun 80 yaşı tamam olur.

Eldar Tofiq oğlu Quliyev 1941-ci ildə Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir sıra tanınmış bədii və sənədli filmlərin müəllifidir. Çəkdiyi ekran əsərlərinin bir neçəsi kino festivallarında mükafatlara layiq görülüb.

“Babək”, “Bəyin oğurlanması”, “Bir cənub şəhərində”, “Dantenin yubileyi”, “Güllələnmə təxirə salınır!”, “Səmt küləyi” kimi 30-dan çox bədii və sənədli film Eldar Quliyevin adı ilə bağlıdır.

Tanınmış rejissor və pedaqoq hazırda "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kino kafedrasının professoru kimi fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO