700 bal yığan tələbəyə Ankaradan dəstək: \

700 bal yığan tələbəyə Ankaradan dəstək: \"Ən gözəl şəkildə təhsil almağın üçün dəstək olacağıq” - VİDEO

Hazırda oxunan: 700 bal yığan tələbəyə Ankaradan dəstək: \"Ən gözəl şəkildə təhsil almağın üçün dəstək olacağıq” - VİDEO

89261

Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanında 700 bal toplayan Nigar Ağazadənin təhsilini Türkiyədə davam etdirəcəyi barədə xəbər vermişdik.  
 
Nigarın qəbul olunduğu Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar gələcək tələbəyə zəng edərək ürək sözlərini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. 

“Çox yaxşı bir təhsil müəssisəsini seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən gözəl şəkildə təhsil almağın üçün əlimizdən nə gəlirsə, maddi və mənəvi, hər cür dəstək olacağıq”, - Ünüvar qeyd edib. 

Rektor N. Ağazadənin anasına müraciət edərək “qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın” deyib. 

Nigar Ağazadə də universitetə qəbul olduğuna görə çox xoşbəxt olduğunu, yeni tədris ilinin başlanmasını həyəcanla gözləyədiyini deyib. 
Həmin görüntüləri təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO