Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Ağdam rayonunda olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlarının da iştirak etdiyi səfərdə qonaqlar azad edilmiş ərazilərdə işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş vandalizmin nəticələri və dağıntıları ilə tanış olublar.
Onlara dağıdılmış tarixi abidələrimiz və yaşayış məntəqələrimiz, eləcə də həmin ərazilərdə dövlətimiz tərəfindən aparılan sürətli yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyətinin işğaldan azad olunan ərazilərə səfəri davam edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 18.08.2022
İran hərbi nümayəndə heyəti Ağdam rayonunda oldu - FOTO
Hazırda oxunan: İran hərbi nümayəndə heyəti Ağdam rayonunda oldu - FOTO
Hazırda oxunan: İran hərbi nümayəndə heyəti Ağdam rayonunda oldu - FOTO
89251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.