Türk və qırğız kanalları \

Türk və qırğız kanalları \"Azerspace-1\"də - FOTO

Hazırda oxunan: Türk və qırğız kanalları \"Azerspace-1\"də - FOTO

8924

“Azerspace-1” peykindən yayımlanan televiziya kanalları siyahısına yeni türk və qırğız kanalları əlavə olundu.

Bizim.Media xəbər verir ki, “Azərkosmos” və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.

“Ayan TV” və “Super TV” kanallarının yayım tezliyi: 11104/V/13000

Həmçinin, Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb. “Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.

“Euro 90 TV” kanalının yayım tezliyi: 11095/H/30000

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO