Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il tənha və əlilliyi olan 6020 şəxsə evlərində sosial-məişət xidmətləri göstərilib.
Bu barədə Bizim.Media-ya Nazirlikdən xəbər verilib.
Bildirilib ki, onlardan 4 mini ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır.
Daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə (səyyar) sosial xidmətlər göstərilir.
Sosial xidmətçilər tənha ahıl və əlil şəxslərin evlərinə gedərək olur, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 18.08.2022
Evlərində sosial-məişət xidmətləri göstərilən şəxslərin SAYI
Hazırda oxunan: Evlərində sosial-məişət xidmətləri göstərilən şəxslərin SAYI
Hazırda oxunan: Evlərində sosial-məişət xidmətləri göstərilən şəxslərin SAYI
89192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.