Sumqayıtda onmərtəbəli yaşayış binasında yanğın oldu

Sumqayıtda onmərtəbəli yaşayış binasında yanğın oldu

Hazırda oxunan: Sumqayıtda onmərtəbəli yaşayış binasında yanğın oldu

89165

Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, binanın birinci və ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 kvadratmetr olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 kvadratmetr sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, 50 kvadratmetr sahədə ərzaq malları və 4 ədəd kondisioner yanıb. 

Yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. 

Mağazanın qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO