\

\"Netflix\"-də çəkilən ilk azərbaycanlı aktyor - Murad İsmayıl - FOTO

Hazırda oxunan: \"Netflix\"-də çəkilən ilk azərbaycanlı aktyor - Murad İsmayıl - FOTO

8915

“Netflix”-də çəkilən ilk azərbaycanlı gənc və sevilən aktyor Murad İsmayıl oldu.

Bizim.Media xəbər verir ki, İndoneziya istehsalı olan film "Kharisma Starvision" şirkəti tərəfindən çəkilib. Azərbaycanda 23 gün davam edən çəkiliş prosesində kadrlar Bakıda və Şamaxıda lentə alınıb. "Leyla Majnun" filmi elmi işçi olan Leyla və ona heyran olan Samir haqqındadır.
 

MÖVZU İLƏ BAĞLI:

“Netflix” Azərbaycanda film çəkir - VİDEO


Filmin əsas sujet xətti Leyla və Samirin bir-birini sevməsindən, lakin Leylanın ailəsi tərəfindən başqası ilə evləndirilməsindən bəhs edir.

Murad İsmayıl isə filmdə Rəşad adlı obrazı canlandırır. Mənfi obrazda olan Rəşad, baş rol sahibi Samirin bacısının köhnə nişanlısıdır.

Bizim.Media-ya açıqlamasında Murad İsmayıl bildirib ki, filmdəki indoneziyalı tərəf müqabilinin çəkiliş zamanı zədə alması bəzi kadrların ixtisar edilməsinə səbəb olub.

Qeyd edək ki, Murad İsmayıl Azərbaycan Dövlət Rus Dram Teatrı-nın aktyorudur. "Vicdan haqqı" serialı ilə məşhurlaşan istedadlı aktyor "Uçurum", "İdarə" kimi seriallarda və "Şər qarışanda", "Qaranlıq" kimi bir çox uğurlu filmlərdə rol alıb.

Filmdə azərbaycanlı aktrisalar Aidə Cəbiyeva və Zülfiyyə Eldarqızı da rol alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO