Sosial şəbəkələrdə XOŞBƏXT POZ verənlər – Daim vitrində olmaq arzusuna psixoloqdan AÇIQLAMA

Sosial şəbəkələrdə XOŞBƏXT POZ verənlər – Daim vitrində olmaq arzusuna psixoloqdan AÇIQLAMA

Hazırda oxunan: Sosial şəbəkələrdə XOŞBƏXT POZ verənlər – Daim vitrində olmaq arzusuna psixoloqdan AÇIQLAMA

89100

Bəzən sosial şəbəkədə dostluğumuzda olan şəxslərin profilində bu cür postlara rast gələ bilirik:

“Bugün  mənim həyatımda ən bərbad gündür, çox uğursuzam” və ya “Heç kim məni vecinə almır”.

Bir qayda olaraq bu cür postlar paylaşan insanlar, çox zaman özlərinə diqqət cəlb etməyə çalışırlar.

Özü də əksərən bu şəkillərdə saxta pozlar və telefonların proqram imkanlarından istifadə edərək özlərini cavan göstərmək cəhdləri olur. Özünü vitrinə qoymaq arzusu nədən qaynaqlanır? Kökdə yatan səbəblər nədir?
Psixoloq Mədinə Rəsul Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlıq aydınlıq gətirib. Onun sözlərinə görə, bu xüsusiyyətlər bizə babalarımızdan, atalarımızdan miras qalan bir stereotip haldır:

“Biz fərqində olmasaq da, bəzi qorxular yaşayırıq. Bunlar sosial mühitdən, insanlardan loru dil ilə desək, “sürü”dən ayrı düşmək, unudulmaq, kənarda qalmaq kimi qorxulara görə baş verir. Hətta bu hisləri keçmiş insanlarda, neandertal, homosapienslərdə də görə bilərik. Çünki onlardan hər hansı biri zəif idisə, sürüdən, dəstədən kənarlaşdırılırdılar. Və bu da ölümə məhkum edilmək, hər hansısa heyvanın şəxsi ovuna çevirməklə nəticələnə bilərdi.

Buna görə də onlar bir növ özlərini təhlükədən qorumaq üçün sürüyə uyğunlaşmağa çalışırdılar. Nəticədə sosial mühitdən uzaqlaşdırılma, tək qalmaq qorxusu bizim DNA-larımızda, yəni genetikamızda var. Artıq indiki dövrdə təbii ki, çox şeylər dəyişib biz fərqində olmasaq belə amma demək olar ki, səbəblər eynilik təşkil edir”.

Psixoloqun sözlərinə görə sözügedən hallar duyğusal aclığın basdırılması, bəyənilməyə və təsdiqlənməyə ehtiyac duyanlar üçün daha tanış hissdir. Hətta uşaqlar üçün də:

“Eyni hal uşaqlarda da müşahidə olunur, fikir versəniz, hər hansı hərəkət, addımı atarkən valideynlərinə baxıb sanki “bunu mən etdim, bacardım” deyə siqnal ötürməyə, təsdiq olunmağa ehtiyac duyurlar.

Hər bir canlı, hər bir insan müəyyən insan qrupuna bir sözlə möhtacdır. Günümüzün sosial şəbəkəsindəki insanlar şəkil paylaşmadan, statuslar yazamadan rahat qala bilmir və bu artıq asılılığa çevirilib.
Ümumiyyətlə şəxs öz xoşbəxtlik duyğularını sosial şəbəkədən, paylaşdığı şəkil və ona gələn rəylərdən alırsa, artıq burada problem var. Demək sözügedən şəxs real həyatından bir qədər uzaqdır, o daha çox özünün özünə verə bilmədiyi xoşbəxtliyi başqasının yazacağı xoş sözlərdən gözləyir.

Bunu da daha çox filterlərlə çəkilən şəkillərdə görə bilərik ki, bu da olduğu haldan özünü fərqli şəkildə göstərməkdir”, deyə M. Rəsul qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO