“Müslüm Moskvadan Bakıya gələndə bütün varlığı cuşa gəlirdi” - Tamara Sinyavskaya

“Müslüm Moskvadan Bakıya gələndə bütün varlığı cuşa gəlirdi” - Tamara Sinyavskaya

Hazırda oxunan: “Müslüm Moskvadan Bakıya gələndə bütün varlığı cuşa gəlirdi” - Tamara Sinyavskaya

89071

Xəbər verdiyimiz kimi, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bizim.Media xəbər verir ki, sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya da tədbirdə çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə Fəxri Xiyabanda tədbir keçirildi


Onun sözlərinə görə, Müslüm kifayət qədər soyuq Moskvadan Bakıya gələndə bütün varlığı cuşa gəlir, burada həm mahnılar, həm də onun rəsm əsərləri yaranırdı:

“Yəqin bilirsiniz, o, öz rəsm əsərlərindən birini Heydər Əliyevə hədiyyə etmişdi. Heydər Əliyevin verdiyi qiymət çox xoş idi. O, təəccüblənmişdi, ona görə ki, Müslümün həm də şəkil çəkdiyini gözləmirdi.

Haqqında danışdığımız insan, xüsusən dünyasını dəyişənlər həmişə yanımızdadırlar. Müslüm həmişə, hər halda mənim üçün belədir. Burada Heydər Əlirza oğlu da, Zərifə Əziz qızı da var, praktiki olaraq həyatımızı bir yerdə keçirdiyimiz insanların hamısı buradadır.
Düşünürəm ki, bu gün həm dünyasını dəyişmiş dostlarımızı - Eldar Quliyevi, Tofiq Quliyevi, Tahir Salahovu, həm də bizi əhatə edən, həyatımızı bəzəyən, ona hərarət gətirən neçə-neçə dostlarımızı da xatırlayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO