Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşdə ipoteka kreditlərindən danışıb- FOTO

Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşdə ipoteka kreditlərindən danışıb- FOTO

Hazırda oxunan: Qənirə Paşayeva Tovuz sakinləri ilə görüşdə ipoteka kreditlərindən danışıb- FOTO

89048
Sakinlər millət vəkili Qənirə Paşayeva ilə görüşdə rayonların da sosial ipotekadan yararlanmasına böyük ehtiyac olduğunu bildirib və bu məsələyə baxılmasını xahiş ediblər. xa0

Millət vəkili Qənirə Paşayevanın Tovuzda sakinlərlə görüşü zamanı ailələr sosial ipoteka kreditlerindən rayonda yaşayan insanların da yararlana bilməsinə böyük ehtiyac olduğunu bildiriblər. Bunun üçün şəhərdən bir qədər fərqli mexanizmlər və şərtlərin olmasına böyük ehtiyac olduğunu deyən sakinlər şəhərlərdə olduğu kimi rayonlarda da gənc ailələrin və gənclərin ən böyük probleminin mənzil problemi olduğunu deyib. Rayonda iş yerlərinin böyük şəhərlərdəki kimi çox olmaması və əmək haqlarının yüksək olmamasını deyən sakinlər sosial ipotekadan rayonlarda gənc ailələrin də yararlanması istiqamətində müvafiq qurumlardan addımlar gözlədiklərini bildiriblər və Qənirə Paşayevadan hər zaman olduğu kimi bundan sonra da parlamentdəki çıxışlarında bu məsələyə xüsusi diqqət göstərməyi və onların bu məsələ ilə bağlı xahişini hökumətə çatdırmağı xahiş ediblər. Millət vəkili Q.Paşayeva bu məsələnin bütün insanlarımız üçün nə qədər vacib olduğunu dərindən bildiyini, Milli Məclisdə bununla bağlı çıxışlar etdiyini deyib və onların xahişini mütləq hökumətin müvafiq qurumlarına çatdıracağını və onlarla yenidən müzakirə edəcəyini deyib. Düz Cırdaxan sakinləri onlara çəkilən yüksək səviyyəli yeni içməli su xətti üçün cənab Prezidentə təşəkkürünü bildirdiklərini deyiblər və su ilə bağlı ən böyük problemlərinin öz həllini tapmasından məmun olduqlarını deyiblər. Millət vəkili Düz Cırdaxanda sakinlərlə görüşdən sonra Düz Cırdaxan kəndində yaşayan Qarabağ əlilli Sadıqov Teymurun ailəsi ilə də ziyarət edib qayğıları ilə maraqlanıb. Ailə üzvləri və kənd sakinləri 17 ildən sonra üçəmləri, 3 qızı dünyaya gəlmiş Teymur Sadıqovun mənzil şəraitinin çox ağır olduğunu deyərək millət vəkilindən xa0ona öz torpaq sahəsində ev tikilməsi üçün təkrar Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova xahiş etməsini istəyiblər. Qarabağ əlilli Teymur Sadıqovun xa0ailəsini dəfələrlə ziyarət etdiyini və onun ağır mənzil şəraitini yerində gördüyünü deyən millət vəkili Qənirə Paşayeva bu məsələni Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümova çatdırdığını və xahiş etdiyini deyib və ailəyə, sakinlərə nazirə bununla bağlı təkrar müraciət edəcəyinə söz verib. xa0Millət vəkili Qənirə Paşayeva Düz Cırdaxan və sonra da xa0Əlimərdanlı kəndlərində bir sıra şəhid ailələrini də ziyarət edib və onların qayğıları ilə maraqlanıb. Əlimərdanlı kənd sakinləri kənd xəstəxanasının ciddi təmirə ehtiyacı olduğunu deyiblər. Hər iki böyük kənd sakinlərinin ən böyük xahişlərindən biri də bağça ilə bağlı olub. xa0Sakinlər normal şəraiti olan bağçaya böyük ehtiyac duyduqlarını dilə gətirib və millət vəkilindən bu məsələni təkrar aidiyyatı qurumlara çatdırmağı xahiş ediblər. Əlimərdanlı kənd sakinləri ilə rayonla kəndi birləşdirən yollarının yüksək səviyyədə çəkilməsi və istifadyə verilməsindən dolayı prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Sakinlər xa0millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. xa0Millət vəkili vətəndaşları tək-tək dinləyərək, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, müvafiq qurumlarla danışacağını bildirib.Millət vəkili sakinləri xa0uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb xa0və özünün müəllifi olduğu kitabları və bir sıra maraqlı materialları onlara hədiyyə edib.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO