Sumqayıtda dənizdə meyiti tapılan şəxslərin kimliyi müəyyən olunub.
Bizim.Media xəbər verir ki, Xəzər dənizinin Sumqayıt sahilində meyiti tapılan şəxslərin 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı və 1993-cü il təvəllüdlü Əzizli Fərid Telman oğlu olduğu bildirilir.
Onların dənizdə boğularaq öldükləri məlum olub.
Faktla bağlı araşdırma aparılır.
12.59***
Sumqayıtda dəniz sahilindən 2 meyit tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb.
Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.
Meyiti tapılan şəxslərin 40-45 yaşlarında olduğu və hələlik kimliklərinin məlum olmadığı bildirilir. Onların ər-arvad olduğu ehtimal edilir.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media