Qusara gələn mayor Didarov şəhidin son sözünü ailəsinə ÇATDIRDI – FOTO

Qusara gələn mayor Didarov şəhidin son sözünü ailəsinə ÇATDIRDI – FOTO

Hazırda oxunan: Qusara gələn mayor Didarov şəhidin son sözünü ailəsinə ÇATDIRDI – FOTO

89025

Vətən Müharibəsi iştirakçısı, mayor Tariyel Didarov şəhid mayor Abakar Hacıyevin ailəsinə onunla son görüşü haqqında danışıb.

Bizim.Media xəbər verir ki, Abakar Hacıyevin ailəsi Zaqatalada yaşayırlar. Bu günlərdə Qusara gələn ailə hər kəsin diqqət və qayğısı ilə əhatələnib.

Mayor Didarov da hərbçi dostu Sahib Mövsümovla birlikdə ailəni ziyarət edib. Şəhid Abakarın uşaqları, ailəsi ilə görüşən hərçi dostlar qəhrəmanların heç zaman ölmədiyini, xatirələrinin bütün xalq üçün əziz olduğunu söyləyiblər.
Mayor Didarov şəhidin ailəsinə Abakarla son görüşündən danışıb:

“Mən Abakarla ölümündən 3 gün qabaq Xocavənd rayonunun Zoğalbulaq kəndində görüşdüm. Biz onunla xeyli söhbət etdik. O mənə bildirdi ki, “mən qabaqda getməsəm, əsgərlərim nə deyər, nə fikirləşər? Mən onlara nümunə olmalıyam ki, onlar da döyüşdə irəli getsinlər".

Təbii ki, onunla razılaşmaya bilməzdim. Çünki Abakar hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminatı üzrə müavini olmaqla, həm də cəngavər oğlan idi”.

Hazırda Xaçmaz İH-nin əməkdaşı olan Tariyel Didarov şəhidin xanımı Arzuya və övladları Hacı, Elvira və Eldara Abakarın oktyabrın 24-dən sonra Şexer adlanan ərazidə döyüşə girdiklərini və onun artilleriya mərmisinin partlaması nəticəsində şəhid olduğunu bildirib.
Mayor Didarov şəhidin xanımı Arzu Hacıyevaya Abakarın 3 yadigarını şərəflə böyütməyi, onlara cansağlığı arzulayıb. Bildirib ki, Abakar indi bütün Azərbaycanın oğludur və indi onunla hamı fəxr edir.

Qeyd edək ki, Zaqatalanın Dardoqqaz kəndində doğulan Abakar Hacıyev 2020-ci il oktyabr ayının 27-də Xocavənd rayonunun Şexer adlanan ərazisində şəhid olub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO