Bakının Xətai rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Həsən Çəndirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, ötən il sentyabrın 14-də Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynov qətlə yetirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, onu tanışı Həsən Çəndirli qətlə yetirib.
İstintaq orqanı tərəfindən Həsən Çəndərlinin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 17.08.2022
Bakıda tanışını öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Bakıda tanışını öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Bakıda tanışını öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
88996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.