Qəbələ, Şabran, Qubada yanğınların söndürülməsi davam edir – RƏSMİ 

Qəbələ, Şabran, Qubada yanğınların söndürülməsi davam edir – RƏSMİ 

Hazırda oxunan: Qəbələ, Şabran, Qubada yanğınların söndürülməsi davam edir – RƏSMİ 

88992

Qəbələ, Şabran, Quba rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edilib ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO