Şabranda yanğın davam edir - BÖLGƏDƏN SON MƏLUMAT - VİDEO

Şabranda yanğın davam edir - BÖLGƏDƏN SON MƏLUMAT - VİDEO

Hazırda oxunan: Şabranda yanğın davam edir - BÖLGƏDƏN SON MƏLUMAT - VİDEO

88935

Şabranda yanğının ram edilməsi istiqamətində işlər davam edirilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün Xəlfələr, Dağbilici kəndlərindəki yanğın söndürüləndən sonra alov yenidən güclənib.

Bu dəfə səhər saatlarında Sumaqova kəndinin ətrafından başlayan yanğın Zöhrəmli kəndi istiqamətində güclənib. Zöhrəmlidə güclü küləyin təsiri ilə yenidən başlayan yanğın bütün qurumları yenidən ayağa qaldırıb.
FHN-in 11 yanğınsöndürən avtomobili və 1 helikopteri alovun kənddə evlərə keçməsinin qarşısını alıb.

Amma evlərin həyətində ot tayaları, tövlə, yardımçı tikililər yanıb.

Şabran rayonunun icra başçısının müavini İlkin Ağayev yanğınla mübarizə tədbirlərinin davam etdirildiyini deyib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO