"Üzən mina hədəfinə atış" çalışması yerinə yetirildi - "Dəniz kuboku" - FOTO

Hazırda oxunan: "Üzən mina hədəfinə atış" çalışması yerinə yetirildi - "Dəniz kuboku" - FOTO

88926

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsində Azərbaycan, İran, Qazaxıstan və Rusiya komandaları döyüş hazırlığı poliqonunda "Üzən mina hədəfinə atış" çalışmasını yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, çalışmanın şərtlərinə görə hərbi dənizçilər hərəkətdə olan gəmilərdən müəyyən məsafədə üzən mina hədəfini ümumilikdə 16 patron istifadə etməklə məhv ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

"Dəniz kuboku"nun təntənəli açılış mərasimi keçirildi


Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırığı uğurla icra ediblər.

Sonda hədəfin məhv olunması və gəmilərin poliqonu tərk etməsi müddətinə əsasən, Azərbaycan və Rusiya komandaları bərabər xalla birinci, Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO