Şabranda yanğının evlərə keçməsinin qarşısı alındı

Şabranda yanğının evlərə keçməsinin qarşısı alındı

Hazırda oxunan: Şabranda yanğının evlərə keçməsinin qarşısı alındı

88880

Şabranın Zöhrəmli kəndində alovun artıq evlərə keçməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, sakinlərin həyətdə ot tayaları, azuqələri və tövlələri ziyan dəyib. Alovun qonşu Pirəbədil kəndinə keçməsinin də qarşısı alınıb.

Hazırda FHN-in texnikası və canlı qüvvəsi  yerli qurumlarla birgə yanğını söndürməyə çalışırlar.

“İsti və sürətli külək alovun sönməsinə ciddi maneçilik törədir”, deyə RİH başçısının müavini İlkin Ağayev bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO