Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların SAYI  

Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların SAYI  

Hazırda oxunan: Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların SAYI  

88851

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19 123 uşaq elektron qeydiyyatdan keçib. 

Bu barədə Bizim.Media-ya İdarədən məlumat verilib.

Bildirilir ki, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.  

2022-2023-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2017-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar. Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq. 
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO