Sarıbaba yüksəkliyində separatçıların basdırdığı mina sahəsi aşkarlandı – RƏSMİ/FOTO

Sarıbaba yüksəkliyində separatçıların basdırdığı mina sahəsi aşkarlandı – RƏSMİ/FOTO

Hazırda oxunan: Sarıbaba yüksəkliyində separatçıların basdırdığı mina sahəsi aşkarlandı – RƏSMİ/FOTO

88830

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.
Qeyd edək ki, bu istiqamətdə aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO