"İşğal zamanı Cəbrayıl rayonu narkotik daşınmasında aktiv istifadə olunub" - RƏSMİ 

Hazırda oxunan: "İşğal zamanı Cəbrayıl rayonu narkotik daşınmasında aktiv istifadə olunub" - RƏSMİ 

88817

"1 il ərzində ümumi dəyəri təxminən 76 443 870 manat olan qaçaqmalın, o cümlədən 95151 ədəd psixotrop dərman preparatın və 1 ton 15 kq 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb" 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır: 

"Azərbaycan dünya narkotacirlərinin marşrutunda yerləşən ölkələrdən biridir. Torpaqlarımız işğal altında olan zaman Cəbrayıl rayonu istiqamətindəki dövlət sərhədindən narkotik vasitələrin daşınması işlərindən aktiv şəkildə istifadə olunub. Lakin ərazilərimiz işğaldan azad edildikdən sonra bu istiqamətdə tərəfimizdən çox böyük işlər görülüb. Buna baxmayaraq, oradan yenə də bu niyyətləri üçün istifadə etməyə çalışırlar", - deyə qeyd edən A.Xəlilov hazırda həmin ərazilərdə dövlət sərhədinin mühafizəsinin ən yükəsk səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO