Bakıdan ermənilərin Laçın və Xocalı meşələrini yandırması ilə bağlı SƏRT AÇIQLAMA

Bakıdan ermənilərin Laçın və Xocalı meşələrini yandırması ilə bağlı SƏRT AÇIQLAMA

Hazırda oxunan: Bakıdan ermənilərin Laçın və Xocalı meşələrini yandırması ilə bağlı SƏRT AÇIQLAMA

88738

"Son günlər Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını nümayiş etdirən görüntülərdə əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri təbiətə qarşı cinayət və ekoloji terror kimi qiymətləndiririk".

Bizim.Media xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Laçın rayonunda meşələrə od vurdu – VİDEO


O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun bu gün də davam etməsinin şahidiyik.

"Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, bu ərazilərin onlara məxsus olmadığını göstərməklə bərabər, təbiətə düşmən münasibətin birbaşa təsdiqidir. Bu hadisə tərəfimizdən daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO