Hər kəsin sevimli mövsümü var. Bəzilərimiz yay mehini dondurucu soyuq havadan daha çox sevirik. Maraqlıdır ki, bizim əhval-ruhiyyəmiz və emosiyalarımız da müəyyən bir fəsildən asılı olaraq xeyli dəyişir. Beləliklə, bürcünüzə əsasən hansı fəsli sevdiyinizi öyrənməyə çalışaq. Yay yoxsa qış?
1. Qoç
Qoç bürcü nümayəndələri yay fəslini sevir. İnkişaf etmək üçün ən yaxşı vaxtdır və bu mövsümdə özlərini ən yaxşı şəkildə göstərə bilirlər. Yay fəslində daha məhsuldar və özlərini gümrah hiss edirlər.
2. Buğa
Sakit və soyuqqanlı şəxsiyyətləri ilə səsləşdiyi üçün qış aylarında daha çox rahatlıq tapırlar. Yay aylarında idmanla məşğul olmaqdansa, isti yorğanlara sarılmağı üstün tuturlar. Qış fəsli həm qəzəb həm də inadınlarını cilovlamağa kömək edir ki, bu da düzgün seçim etməklərində böyük rol oynayır.
3. Əkizlər
Əkizlər bürcü üçün yay aylarını başqaları ilə qaynayıb-qarışmaq üçün ən yaxşı vaxt hesab olunur. Onlara görə, hovuz və bütün maraqlı əyləncələr yalnız yay aylarında baş verir. Gözəl geyimlərini də məhz bu fəsillərdə geyinməyi çox sevirlər.
4. Xərçəng
Xərçənglər partnyorları ilə televizor qarşısında romantik ab-havada qış gecəsini keçirməyi sevir. Qış fəsli onlara xoşbəxtlik bəxş edir, çünki evdə təkbaşına vaxt keçirə, sevimli filmlərinizi izləyə və sevdiyi yeməkləri bişirə bilirlər.
5. Şir
Şir bürcü nümayəndələri parlaq günəşin altında göz qamaşdırmağı sevənlərdir. Çünki yay aylarında ən yaxşı aurada olurlar və qaralmaq, soyuq smuzilər içməklə vaxt keçirməkdən zövq alırlar. Bundan əlavə, rahatlıqlarını sevən şirlərin seçimi dəniz yox hovuz olur.
6. Qız
Qız bürcündən olan şəxslər həqiqətən qış mövsümündə özlərini yaxşı mənada təqdim edə bilirlər. Fikirlərini işlərinə verməyi bu fəsildə çox yaxşı bacarırlar. Çünki soyuq hava onlara rahatlıq verir.
7. Tərəzi
Tərəzilər üçün fəslin fərqi yoxdur. Onlar hər şeyin balanslı olmasını sevdiyi üçün həm qışa, həm də yaya rəğbət bəsləyirlər. Qışda qardan, yayda da dənizdən zövq almağı bacarırlar.
8. Əqrəb
Xərçənglər kimi əqrəblər də qış fəslini səbrsizliklə gözləyənlərdəndir. Çünki həmin aylar onlar üçün bayram mövsümüdür. Bu müddət ərzində dostlar və ailə bir yerə toplaşır çox gözəl vaxt keçirməkdən zövq alırlar.
9. Oxatan
Oxatanların sərgüzəşt sevən ruhu yalnız dünyanı gəzmək və ən yaxşı vaxt keçirməyi istədiyi üçün yay onların sevimli fəsildir. Ətraflarındakı insanlarla çölə çıxa, qarışa və əylənə bilirlər.
10. Oğlaq
Oğlaqlar planlı iş görməyi sevdikləri üçün qış fəslinə daha çox üstünlük verirlər. Onlar ötən ili düşünmək və özü üçün yeni hədəflər yaratmağa qış ayından başlayırlar. Daha məhsuldar və perspektivli qərarları qış aylarında verirlər.
11. Dolça
Dolçalar qış günəşində islanmağı, yorğan-döşəyə bürünüb, film və seriallarla vaxt keçirməyi sevən introvertlərdir. Bu, yəqin ki, onların ən sevimli məşğuliyyətidir, çünki bu zaman rahatlıq zonalarında qalmağdan həzz alırlar.
12. Balıqlar
Balıqlar üçün yay papatyalar və çiçəklərlə dolu öz möcüzələr diyarlarında xəyal qurmaq, yaşamaq üçün ən yaxşı mövsümdür. Onlar yay fəslində istirahət etməyi, gəzməyi-görməyi çox sevirlər.
Bizim.Media