Səlim Müslümov bu faktlara görə ittiham olunur - MƏHKƏMƏ İŞİ 

Səlim Müslümov bu faktlara görə ittiham olunur - MƏHKƏMƏ İŞİ 

Hazırda oxunan: Səlim Müslümov bu faktlara görə ittiham olunur - MƏHKƏMƏ İŞİ 

88709

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə prokuror Babaxan Həsənəliyev ittiham aktını elan edib. 

Məlum olub ki, ittiham aktı 573 səhifədir, şahidlərin sayı 341 nəfərdir. İttiham altında qeyd olunub ki, o, "Avrora-94" MMC, "Sübhan 2014" MMC, "Araz 2012" MMC-dən rüşvət alıb.

Bundan başqa, onun əlillərin sanatoriyasında da rüşvət aldığı bildirilib. Həmçinin, ittiham olunan sabiq nazirin reabilitasiya avadanlıqlarının satışı ilə məşğul olan şirkətlərdən də rüşvət alıb.  
 
Eyni zamanda, Mərdəkan qəsəbəsində müalicə pansionatının təmiri üçün ayrılan pullarda da israfçılığa yol verilib.  

Daha sonra qeyd olunub ki, sabiq nazirin şəhid ailələri və müharibə əlilləri üçün tikilən evlərə ayrılan pulları da mənimsədiyi də məlum olub.  
 
Prokuror ittiham aktının oxunmasını yekulaşdıra bilməyib, o, çıxışını avqustun 29-da davam etdirəcək.  

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Səlim Müslümov rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. 

İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib. 

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO