Bakıətrafı ərazilərə elektrik qatarları işləyəcəkmi? – PLAN VAR

Bakıətrafı ərazilərə elektrik qatarları işləyəcəkmi? – PLAN VAR

Hazırda oxunan: Bakıətrafı ərazilərə elektrik qatarları işləyəcəkmi? – PLAN VAR

88708

Paytaxt Bakının nəqliyyat sistemində həddən artıq sıxlıq müşahidə edilir. Hətta yay aylarında əhalinin müəyyən hissəsinin rayonlara üz tutmasına rəğmən Bakıda yenə də nəqliyyatın sıxlığı baş verir.

Şəhərətrafı ərazilərdən Bakıya işə gələnlərin hesabına bu acınacaqlı vəziyyət daha kəskin xarakter alır.

Bu mənada, görəsən, şəhərətrafı elektrik qatarlarının bərpası mümkündürmü? Ümumiyyətlə, bu istiqamətdə daha nə kimi addımların atılmasına ehtiyac vardır?

Mövcud problemlə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, Bakıətrafı qəsəbələrin elektrik sürət qatarları ilə təmin edilməsi arzuolunandır:

“Azərbaycanda elektrik qatarları, dəmiryolu şəbəkəsinin genişlənməsinə ehtiyac var. Digər dövlətlərin təcrübəsindən də görürük ki, ictimai nəqliyyatın alternativ növləri olan tramvay, troleybus, elektrik qatarları geniş yayılır.

Onların yükdaşıma, sərnişindaşıma effekti daha güclüdür. Məlumatıma görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsələ ilə bağlı geniş planları var. Dəmiryolu sahəsində böyük inkişafın astanasındayıq. Elektrik xətləri genişləndirilməlidir. Hazırda bu istiqamətdə bir neçə layihə işlənilir.
Bakıətrafı qəsəbələrin elektrik sürət qatarları ilə təmin edilməsi də arzuolunandır. Bakı ilə Sumqayıt arasında elektrik qatarları işləyir. Amma Masazır, Sulutəpə, Ceyranbatan qəsəbəsi o xətləri tam olaraq görmür”.

Ekspertin fikrincə, gələcəkdə xətti elə işləməliyik ki, prosesə sərf edilən milyonlarla manat xərc dövlətin özü üçün də yüngül mexanizmə çevrilsin:

“Bölgələrə yüklərin daşınması dəmiryolu xəttilə daha sərfedicidir. Belə olarsa, həm yol-nəqliyyat hadisələrinin sayı azalacaq, həm də yollar bərbad vəziyyətə düşməyəcək”.

Həmsöhbətimiz qeyd edir ki, müasir dəmiryolu şəbəkəsi qaneedici deyil:

“Onu daha da inkişaf etdirməliyik. Qaradağ rayonu sənaye şəhərinə çevrilsə də, oranın iştiami nəqliyyatı bərbad vəziyyətdədir. Avtobuslar çatdırmır. Şəhərlə oranı əlaqələndirmək üçün elektrik qatarlarını qurmalıyıq”.

Digər tərəfdən, E.Muradlıya görə Bakıətrafı elektrik qatarlarının bərpası ilə yanaşı gediş qiymətləri də münasib olmalıdır:

“Bakıdan Gəncəyə sürət qatarı 20 manat olmaqla 4 saata gedir. Halbuki minik avtomobililə həmin yolu 15 manata gedirlər. Belə olan halda insanlar qatardan yararlanmır. Yəni qiyməti də elə qoymalıyıq ki, cəlbedici olsun”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO