Sabiq əmək və əhalinin müdafiəsi naziri Səlim Müslümov dövlətə vurduğu ziyanın 20 milyon manatını ödəyib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilən prosesdə məlum olub.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Səlim Müslümov rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.
İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib.
Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:14 / 15.08.2022
Səlim Müslümov dövlətə vurduğu ziyanın 20 milyon manatını ödədi
Hazırda oxunan: Səlim Müslümov dövlətə vurduğu ziyanın 20 milyon manatını ödədi
Hazırda oxunan: Səlim Müslümov dövlətə vurduğu ziyanın 20 milyon manatını ödədi
88705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.