IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların SAYI

IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların SAYI

Hazırda oxunan: IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların SAYI

88695

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 511 nəfər 600-dən yuxarı bal toplayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb.

Bunlardan 477 nəfər Azərbaycan bölməsi, 34 nəfər isə rus bölməsinə aiddir.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması cədvəlləri ilə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada tanış olmaq mümkündür.
Xatırladaq ki, avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO