Bərdədə polis əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Bərdədə polis əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Hazırda oxunan: Bərdədə polis əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

88657

Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlui bilinən Ağcabədi şəhər sakini Elmir Eminov idarə etdiyi “VAZ” markalı avtomobillə saxlanılıb.

Ona məxsus avtomobilə keçirilən baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən digər uğurlu əməliyyat tədbirləri nəticəsində saxta pulların satışı ilə məşğul olan, eləcə də qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən daha iki nəfər saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakini Tapdıq Məmmədzadə və Bərdə rayon sakini Rəşan Zöhrablı olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən T.Məmmədzadəyə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 50 ədəd 50 manatlıq və 80 ədəd 100 manatlıq əskinas olmaqla ümumilikdə 130 ədəd saxta pul, R.Zöhrablını yaşadığı ünvandan isə 1 ədəd avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO