Yeni məktəbli formalarının satışa çıxarılacağı TARİX DƏYİŞDİRİLDİ

Yeni məktəbli formalarının satışa çıxarılacağı TARİX DƏYİŞDİRİLDİ

Hazırda oxunan: Yeni məktəbli formalarının satışa çıxarılacağı TARİX DƏYİŞDİRİLDİ

88603

Hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. 

Trend.az-ın məlumatına görə, o qeyd edib ki, məktəbli formaları avqustun 17-dən satışa çıxarılacaq. 

"Formalar hazırlandıqdan sonra anbarlara yığılır. Hazırda yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb. Tikilən geyimlərin sayı hələ ki, məlum deyil.  

Qiymətlərə gəlincə isə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən aslıdır. Bununla bağlı hesablamalar aparıldıqdan sonra məlumat vermək mümkün olacaq", - deyə E.Əzimov əlavə edib. 
Qeyd edək ki, daha məktəbli formalarının avqustun 16-da satışa çıxarılması planlaşdırılırdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO