BNA ona tapşırılan işləri yola verir, sahibkarı sıxışdırır – İDDİA

BNA ona tapşırılan işləri yola verir, sahibkarı sıxışdırır – İDDİA

Hazırda oxunan: BNA ona tapşırılan işləri yola verir, sahibkarı sıxışdırır – İDDİA

8838

Bakı sakinlərinin və paytaxta gələn qonaqların böyük əksəriyyəti demək olar ki, şəhər nəqliyyatından istifadə edirlər. Düzdür, bir neçə ildir ki, bu sahəyə dövlətin qayğısı xeyli artıb, yeni yollar salınıb, marşruta müasir görkəmli və komfortlu avtobuslar buraxılıb. 

Ancaq yenə də küçələrdə istismar müddəti çoxdan keçmiş avtobusları görmək olur. Buna isə sərnişinlər kəskin etiraz edirlər. Çünki belə avtobuslarda istitmə və soyutma sistemi işləmir, salonu də çox zaman natəmiz olur.

Səbəb nədir? Ölkənin nəqliyyat parkı niyə yenilənmir?

Ekspert Ərşad Hüseynov söyləyir ki, bir  çox dövlət qurumları var ki, onlara tapşırılan bəzi işləri yola verməklə məşğuldurlar:

“İctimai nəqliyyat daşınmalarına aid olan Bakı Nəqliyyat Agentliyi də bu qurumlardan biridir. Hər şeyi etdiklərini göstərmək istəyirlər. Lakin ortada saysız-hesabsız problemlər var. Əslində baxırsan ki, xeyli işlər görülməlidir. Onlar isə vaxtlarını yola verməklə məşğuldurlar. Bakı Nəqliyat Agentliyi publik hüquqi şəxs olanda onun nizamnaməsində müddəlar var idi ki, nəqliyyat parkları yenilənməlidir. İnvistesiyalar cəlb olunmalı, sahibkara  əlverişli mühit yaradılmalı idi”.
 

MÖVZU İLƏ BAĞLI:

92 və 202 nömrəli avtobuslar koronavirus ocağıdır  – ARAŞDIRMA


Ekspet bildirir ki, BNA- dövlət qarşısında elə təkliflərlə çıxış etməli idi, sahibkarın yeni avtobuslar alması mümkün olsun:

“BNA-nın təşəbüsü ilə 2019-cü ildə  Bakı şəhərinin inzibati ərazisində istismar ediləcək avtobuslara  dair tələblər  təsdiq olundu. Tələblərdə deyilir ki,  2022-ci il yanvar yının 1-dən sonra Bakı şəhəri üzrə avtobuslar sıxılmış qazla işlədilməlidir. Bundan sonra dərhal vergi məcəlləsinə dəyişiklik olunaraq  avtobusların ölkəyə idxalına görə, gömrük ödənişləri artırıldı. Dizellə işləyən avtobusları ölkəyə gətirilməsi çətinləşdi”. 

Ərşad Hüseynov bildirir ki, bu real qiymətləndirmə deyildi, sahibkarı sıxışdırmağa xidmət edirdi. Onsuzda özəl şirkət müəyyən maliyyə çətinlikləri yaşayır.

Ona maliyə rahatlığı yaşatmaq, subsidiyalar ayırmaq əvəzinə  belə baryerlər tətbiq etdilər:

“Özəl şirkətlərin heç biri 2022 ci ilin yanvarın 1-nə kimi  avtomobil parkını qazla işləyən avtobuslarla təmin edə bilməz, bu mümkün deyil. BNA bu təşəbbüsü ilə sahibkarları çıxılmaz vəziyyətə salmış odu”.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumun mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında dedi ki, avtobusların istismar müddəti ilə bağlı konkret vaxt müəyyən edilməyib, lakin Nazirlər Kabinetinin 52 saylı müvafiq qərarına uyğun olaraq müsabiqə təşkil edilən zaman avtobusların istismar ili nəzərə alınır:

“Bu zaman istehsal ili daha az olan nəqliyyat vasitələrinə üstünlük verilir. Bu səbəbdən də arzu olunandır ki, sərnişindaşımalarına daha yeni avtobuslar cəlb edilsin”.

BNA-nın sözçüsü bildirdi ki, bu gün Bakı şəhərində istismarda olan avtobusların əksəriyyəti 2007-2008-ci il istehsalı olan nəqliyyat vasitələridir:

“Onların hazırki vəziyyəti də hər birimizə məlumdur. Dəfələrlə daşıyıcılara bu avtobusların yeniləri ilə əvəzlənməsinə dair tapşırıq verilib. Doğrudur, ötən beş ildə bəzi daşıyıcılar avtobus parkının bir qismini yeniləyib, amma bu, qənaətbəxş sayılmır”. 

O, əlavə etdi ki, dövlət başçısının tapşırığına əsasən vətəndaşlara təhlükəsiz və rahat sərnişindaşıma xidməti göstərilməsi üçün BNA tərəfindən yeni avtobuslar alınmaqdadır:

“Artıq hər il cənab Prezidentin birbaşa tapşırığı ilə şəhərimizə 300 yeni müasir avtobuslar gətirilir. Son 5 ildə marşrut şəbəkəsinin 40 % yenilənib. Proses bundan sonra da davam etdiriləcək. İstismar müddətini başa vuran və yarasız olan nəqliyyat vasitələri tədricən xətlərdən çıxarılacaq”.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının da münasibətini öyrəndik. O, Bakıda və rayonlarda hələ də istismar ili 15-20-ni keçən avtobusların xəttə buraxıldığını bildirdi:

“Ümumiyyətlə, avtobus istehsal edən zavodların yanaşmasına əsasən deyə bilərik ki, bu müddət 10 il nəzərdə tutulur.  Elə ölkə var ki,  avtobuslar 5 ildən sonra sıradan  çıxır. Hazırda istismarda olan avtobuslar  90-cı illərdə alınıb. İndi isə 21-ci əsrdir. Bu avtobuslar o əsrdən bu əsrə keçib. İllərin problemini bir dəfəyə həll etmək olmur. Kimsə desə ki, problemi qısa müddətdə həll edəcəyik, bu, reallıqdan uzaq fikirlərdir. Yeni avtobusların qiyməti çox bahadır. Sahibkar isə sərnişini 30-40 qəpiyə daşıyır. O, nə qədər işləməlidir ki, həm avtobusa verdiyi pulu çıxartsın, həm də xeyir qazansın”.

Onun fikrincə, nəqliyyat parklarının yenilənməsi ciddi problemdir:

''Biz avtobuslarımızı qardaş Türkiyədən alırıq. Ən yaxşısının qiyməti yarım milyondan çoxdur. Deyirlər ki, elektrik və ya qazla işləyən avtobuslar 2022-ci ildə gətiriləcək.  Onda sahibkarlar daha çox ciddi əziyyət çəkəcəklər. Dövlətin onlara dəstəyi lazımdır. Dəstək olacaqmı? Düzdür, sahibkarlar pul da qazanıblar''.  

''Tramvay, trolleybus xətlərini keçmiş Bakı meri Rəfael Allahverdiyev və Hacıbala Abutalıbov gələn kimi dağıtdı. İctimai nəqliyyat sahibkarların balansına keçdi, onlar dağılmış parkinqləri, avtobusları düzəltdilər. İndi avtobus parklarının yenilənməsində sahibkarları çətin vəziyyətdə qoymaq lazım deyil''. 

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO