Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayacaq – Bu tarixdə 

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayacaq – Bu tarixdə 

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayacaq – Bu tarixdə 

88374

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start veriləcək. 

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, 6/10) təşkil olunacaq. 
Fənlər üzrə müsahibə tarixləri aşağıda qeyd edilib: 

- 18.08.2022 - biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi; 

- 19.08.2022 - informatika, fransız dili (Azərbaycan və rus bölməsi), biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix, texnologiya, təsviri incəsənət, musiqi; 

- 20.08.2022 - texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət, informatika; 

- 22.08.2022 - texnologiya, rus dili, tarix (rus bölməsi), coğrafiya, riyaziyyat, təsviri incəsənət, musiqi; 

- 23.08.2022 - texnologiya, rus dili və ədəbiyyatı, təsviri incəsənət (rus bölməsi), coğrafiya (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), kimya (rus bölməsi), riyaziyyat (rus bölməsi), ingilis dili, musiqi; 

- 24.08.2022 - fizika, Azərbaycan dili, rus dili və ədəbiyyatı, texnologiya (rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), fiziki tərbiyə, ibtidai sinif, kimya, musiqi; 

- 25.08.2022 - fizika (Azərbaycan və rus bölməsi), ibtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, alman dili (Azərbaycan və rus bölməsi), ingilis dili (Azərbaycan və rus bölməsi), kimya, fiziki tərbiyə. 
Qeyd edək ki, müsahibə ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO