“Azəriqaz” rəsmiləri vətəndaşlarla görüş keçirdi - FOTO

“Azəriqaz” rəsmiləri vətəndaşlarla görüş keçirdi - FOTO

Hazırda oxunan: “Azəriqaz” rəsmiləri vətəndaşlarla görüş keçirdi - FOTO

88353

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından bu gün Zərdab rayon sakinləri yararlanıblar.

Bizim.Media xəbər verir ki, aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət ediblər. 

Aksiyaya Zərdab rayonunun Alcanlı, Gəndəbil, Ağabağı kəndlərində üz tutan bir sıra sakin fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Bundan əlavə görüş zamanı işə qəbul, qapı keçidinin quraşdırılması, və s. kimi suallar ünvanlanıb.

Vətəndaş məmnuniyyətinin qorunması məqsədilə keçirilən görüşdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan vətəndaşlar isə suallarına cavab tapıblar.  

Tərtər Regional Qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciət edən vətəndaşlara ətraflı məlumat verilərək, müraciətlərinin aidiyyatı üzrə yönləndiriləcəyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO