Azərbaycan tələbələrinin ixtirası ABŞ-da nüfuzlu müsabiqənin qalibi oldu

Azərbaycan tələbələrinin ixtirası ABŞ-da nüfuzlu müsabiqənin qalibi oldu

Hazırda oxunan: Azərbaycan tələbələrinin ixtirası ABŞ-da nüfuzlu müsabiqənin qalibi oldu

88319
İyulun 29-da Sietlda (ABŞ, Vaşinqton ştatı) “Microsoft”x9d-un baş ofisində keçirilən “Imagine Cup 2015”x9d müsabiqəsində Azərbaycan tələbələrinin layihəsi qaliblərdən biri oldu.

Moderator.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) istinadən xəbər verir ki, Azərbaycanın “NoObs”x9d komandası ilk dəfə iştirak etdiyi beynəlxalq müsabiqədə ikinci yeri tutub.

“NoObs”x9d müsabiqənin finalına “Spinal”x9d adlanan kompleks həlli ilə çıxıb.

Məlumat üçün bildirək ki, “Spinal”x9d qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda “Bluetooth”x9d modulu vasitəsi ilə “Windows Phone”x9d əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur. 

Qeyd edək ki, “NoObs”x9d 33 komanda arasından seçilib.

Müsabiqənin qalibləri tutduqları yerdən asılı olaraq 50 min, 10 min və 5 min dollar məbləğində pul makafatı alacaqlar. Bundan başqa, “Microsoft”x9d qaliblərə ABŞ-da startap-aksellerator təqdim edəcək.

“Microsoft Imagine Cup”x9d müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə müxtəlif kateqoriyalar üzrə iki mərhələdə reallaşır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO