Sabirabadda və ona qonşu olan Şirvanda bir həftədən çoxdur un tapılmır. Bu səbəbdən çörəklərin satışında gecikmələr var.
Bununla bağlı Azad İstehlakçılar Birliyinə Sabirabad və Şirvan sakinləri şikayətlənib.
Dediklərinə görə un qıtlığından hər iki rayon icra hakimiyyətinin xəbəri olsa da, nə problemin səbəbi açıqlanır, nə də hər hansı tədbir görülür. Sabirabadın Nəsimi kənd sakinləri müraciət məktublarında qeyd ediblər ki, sözügedən kənddə nə qaz, nə su, nə internet, nə də yol var. Bu yoxların siyahısına indi də insanın yaşaması üçün vacib tələbat olan un əlavə olunub:
“Rayon mərkəzindən də un tapa bilmirik. Səbəb nədir bilmirik. Hiss edirik ki, kimlərinsə marağına görə un gizlədilib. Bilmirik nə oyundur? Halbuki hökumət, konkrat olaraq isə Kənd Təsərrüfatı Nazirliyi dəfələrlə elan edib ki, un sarıdan qıtlıq olmayacaq. Bəs bu defisit nədir? İndi bu kasıb kənd camahatı nə etməlidir? Su yoxdur ki torpaqlarmızda taxıl əkib becərək. Pul yoxdur ki gedib xarici ölkədən un alıb gətirək. Bu barədə İqtisadiyyat Nazirliynin 599-76-00 telefon nömrəsinə məlumat verdik, aldığımız cavab “bizlik deyil, gedin başqa dövlət orqanlarına müraciət edin” oldu. İndi biz hara müraciət edək? Dərdimizi kimə deyək?”, -deyə sakinlər etiraz ediblər.
Narazı sakinlər un qılığı ilə bağlı problemin həll olunması üçün Azad İstehlakçılar Birliyindən kömək istəyiblər.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, hər iki rayon icra hakimiyyətinə un qıtlığı barədə məlumat verilib.
Qarşı tərəfdən isə belə bir problemin olmadığı deyilib:
“Hər iki rayonların deputatlarına da məlumat verdim. Məsələni araşdıracaqlarına söz verdilər. Onu da deyim ki, icra hakimiyyətləri haqqında əsasnamənin 4.5-ci bəndində birmənalı şəkildə qeyd olunur ki, yerli icra hakimiyyətlərinin vəzifəsidir ki, istehlakçı hüquqlarını təmin etsinlər. Təssüf ki, biganəlik göstərirlər. Bu barədə müraciəti Kənd Təsərrüfatı Nazirliyinə də göndərmişəm”, -deyə Eyyub Hüseynov əlavə edib.
Biz də öz növbəsində Sabirabad və Şirvan rayon icra hakimiyyətləri ilə əlaqə yaratsaq da, zənglərimizə cavab verən olmayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:05 / 12.08.2022
Sabirabadda və Şirvanda un TAPILMIR – Sakinlərdən ŞİKAYƏT
Hazırda oxunan: Sabirabadda və Şirvanda un TAPILMIR – Sakinlərdən ŞİKAYƏT
Hazırda oxunan: Sabirabadda və Şirvanda un TAPILMIR – Sakinlərdən ŞİKAYƏT
88315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.