Sentyabrın 1-dən sonra karantin müddəti UZADILACAQMI? – Vacib AÇIQLAMA

Sentyabrın 1-dən sonra karantin müddəti UZADILACAQMI? – Vacib AÇIQLAMA

Hazırda oxunan: Sentyabrın 1-dən sonra karantin müddəti UZADILACAQMI? – Vacib AÇIQLAMA

88282

Azərbaycanda sentyabrın 1-dən xüsusi karantin rejiminin müddəti bitir.

Rəsmi dairələrin karantin müddətini uzadıb-uzatmayacağı bəlli deyil.

Əslində son vaxtlar payıza doğru epidemik vəziyyətin gərginləşəcəyi, yoluxma və ölümlərin sayının artacağı, bir sözlə karantinlə bağlı bir sıra məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı arda-arda proqnozlar verilir.

Bu isə ondan xəbər verir ki, gigiyenik normaların məcburi tətbiqi saxlanılmaqla, sərtləşməyə gediləcək, maska tələbi yenidən qüvvəyə minəcək, quru sərhədlər isə hələ bir neçə ay açılmayacaq.

Bəs tibbi nöqteyi-nəzərdən bizi nə gözləyir?

Tanınmış həkim-radioloq Aydın Əliyev Bizim.Media-ya mövzu ilə bağlı bildirib ki, ölkəmizdəki real epidemik vəziyyətə görə hazırda karantin müddətinin uzadılmasına, yeni karantin qaydalarının tətbiqinə və ya sərtləşməsinə, eləcə də hər hansı bir cərimələrin tətbiqinə ehtiyac yoxdur:

“Tibbi epidemik və pandemik baxımından quru sərhədlərin də bağlı qalmasına ehtiyac yoxdur. Bilirsiz ki, hər gün rəsmi rəqəmlər göstərilir ki, yoluxma və ya ölüm sayı artıb. Amma dəfələrlə qeyd etmişik ki, yoluxmanın artmasının heç bir önəmi yoxdur.

Yoluxma gündə 20 min də olsa, bunun bir təhlükəsi yoxdur. Çünki xəstəlik 99 faiz yüngül keçirilir, ölüm törətmə qabiliyyəti isə sıfıra enib.

Lakin istisna halları ola bilər ki, bu da təkcə koronavirusda deyil, adi qripdə, suçiçəyində və ya qızılcada da ola bilər.

İstisna hallarına görə ümumi halda karantini sərtləşməyə və ya yeni qadağalar tətbiq etməyə gərək yoxdur.

Bu yaxınlarda TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov açıqlama verdi ki, payızda yoluxma artsa, karantin sərtləşəcək. Akif müəllim kifayət qədər savadlı professordur. Mən ondan belə bir açıqlamanı gözləmirdim. Çünki verdikləri açıqlama elmin qanunauyğunluğuna ziddir”.

Aydın Əliyev son günlər müzakirəyə çevrilən 4-cü doz vaksinin məcburi tətbiqi məsələsinə də münasibət bildirib.

O, deyib ki, ümumiyyətlə 4-cü doz peyvəndin vurulmasına ehtiyac yoxdur:
“Deyirlər ki, bəlkə karantin qaydaları sərtləşdirildi. O zaman insanları niyə incidirdiz.
 

Peyvəndin bir xeyri olmayacaqdısa, insanlara hər hansı bir cərimə yazılacaqdısa, vaksinin nə mənası vardı? Əgər peyvənd olunmuşuqsa, karantinə nə lüzum var? Həqiqətən də peyvəndin qoruyucu təsiri və ölkədə kollektiv immunitet var. 3 milyon civarında insan yoluxub sağalıb, 5 milyon insan isə 3 doza peyvəndlənib.


Bizim üçün bu virusun bir təhlükəsi yoxdur. Ona görə də artıq 4-cü doza da ehtiyac qalmır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO