“Şəhidlər Xiyabanı”nda hazırlıq işləri sabah yekunlaşır – Rəsmi açıqlama

“Şəhidlər Xiyabanı”nda hazırlıq işləri sabah yekunlaşır – Rəsmi açıqlama

Hazırda oxunan: “Şəhidlər Xiyabanı”nda hazırlıq işləri sabah yekunlaşır – Rəsmi açıqlama

8828

20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı “Şəhidlər Xiyabanı”nda hazırlıq işləri başa çatmaq üzrədir.

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Mətin Hüseynov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır - FOTO


Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanır, qazon örtüyü yenilənir, yeni güllər əkilir, səkilər və bütün ərazi yuyulur.

“Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır”,- deyə o, əlavə edib.

Gülşanə Mustafayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO