Nazirlər Kabineti İCAZƏ VERDİ: Bəs ilan balığının hansı faydaları var?

Nazirlər Kabineti İCAZƏ VERDİ: Bəs ilan balığının hansı faydaları var?

Hazırda oxunan: Nazirlər Kabineti İCAZƏ VERDİ: Bəs ilan balığının hansı faydaları var?

88183

Nazirlər Kabineti tərəfindən “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər edilib. Belə ki, yeni qaydalara əsasən, kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilan balığının adının “Qırmızı Kitab”dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.

“İlanın özündən qorxuram, qaldı ki, ilan balığını yeyim”

Məşhur Azərbaycan filmi “Bizim Cəbiş müəllim” ə baxanlar ilan balığını çox güman ki, xatırlaya bilərlər. Lakin onun qida üçün yararlı olması və faydaları haqqında isə əksəriyyət elə də məlumatlı deyil. Bəlkə də bu elə ilan qorxusundan qaynaqlanır. 

Qida ekspertlərinin sözlərinə görə, ilan balığının ətində mineral elementlər, böyük üzvi elementlər kompleksi yer alır.

Qida texnoloqu İlhamə Həsənova Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən balıq ətində ürək və damar xəstəliklərinin qarşısının alınmasında da istifadə olunur:

“Bənzərsiz daddan əlavə, ilanbalığı ətində insan sağlamlığı üçün çox zəruri olan omeqa-3 yağ turşularının mənbəyi var. Alimlərin də araşdırmaları sübut edib ki, ilanbalığının müntəzəm istifadəsi bəzi xəstəliklərin və onun qarşısının alınmasında faydalıdır. İlan balığı ilə bişirilən yeməklər stresə kömək edir, fiziki və zehni iş qabiliyyətini artırır. Sözügedən balıq növü Yaponiyada daha populyardır. Çünki yay aylarında onları istiyə tab gətirmələrinə kömək edir və daim onları enerjidə saxlayır”.

Bəs ilan balığının bişirilmə qaydası necə olmalıdır? Texnoloq deyir ki, ilan balığı təmiz su ilə yuyulub, içərisi təmizlənməlidir:

“Daha sonra adi balığın bişirilmə qaydası kimi doğranmalı və una batıraraq qızardılmalıdır. Hətta bir çoxu onun kababını etməyi də xoşlayır. Qeyd edim ki, balıq təzə tutulmalı və gec olmadan istehlak olunmalıdır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO