Ombudsman Baş prokurorla görüşdü

Ombudsman Baş prokurorla görüşdü

Hazırda oxunan: Ombudsman Baş prokurorla görüşdü

88145

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Baş prokuror Kamran Əliyev arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə insan hüquqlarının daha səmərəli təmini istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlər və beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin milli qanunvericiliyə implementasiyası sahəsində əməkdaşlıq imkanlarına da toxunulub.

Bundan başqa, Ombudsmanın milli preventiv mexanizm mandatı çərçivəsində ehtimal olunan işgəncə və digər qeyri-insani, ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması məqsədilə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkilində yeni yanaşmaların tətbiqi imkanları geniş müzakirə edilib.

Görüşdə prokurorluq orqanları tərəfindən mediada və sosial şəbəkələrdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn fəaliyyətlə məşğul olan, yalan və ya həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslərə xəbərdarlıq edilməsinin gələcəkdə baş verə biləcək qanunazidd halların qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO