Əvvəllər yüksək vəzifə tutmuş partiya sədrləri – ARAŞDIRMA 

Əvvəllər yüksək vəzifə tutmuş partiya sədrləri – ARAŞDIRMA 

Hazırda oxunan: Əvvəllər yüksək vəzifə tutmuş partiya sədrləri – ARAŞDIRMA 

88118

Azərbaycan siyasi arenasında təmsil olunan siyasətçilərin bir çoxu əvvəlki dövrlərdə müxtəlif dövlət vəzifələrini tutublar.

Bizim.Media əvvəllər yüksək vəzifələrdə çalışıb, hal-hazırda partiyalara sədrlik edən siyasətçiləri araşdırıb.

Həmin siyahını təqdim edirik:

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, millət vəkili 1992-94-cü illərdə məsul vəzifələrdə çalışıb. O, 1992-93-cü illərdə Sosial Təminat nazirinin müavini, 1993-94-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifələrində çalışıb.

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 1991-95-ci illərdə sonradan ləğv olunmuş Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik edib. O, 1995-ci ildə bu vəzifədən istefa verib.

Arif Hacılı

Müsavat başqanı Arif Hacılı da 90-cı illərin əvvələrində vəzifə tutmuş partiya sədrlərindəndir. O, 1992-93-cü illərdə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri vəzifəsində yerli icra hakimiyyəti strukturlarının işinə rəhbərlik edib.

Nemət Pənahlı

Azərbaycan Milli Dövlətçilik Partiyasına sədrlik edən Nemət Pənahlı isə Arif Hacılıdan fərqli olaraq, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəzifə tutub. O, 1994-95-ci illərdə Prezident Administrasiyanda müşavir vəzifəsində çalışıb.

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri, sabiq millət vəkili Abutalıb Səmədov bir neçə məsul vəzifədə çalışıb. O, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib. 2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərib.

İxtiyar Şirinov

Milli Konqres Partiyasının sədri İxtiyar Şirinov 1992-ci ilin oktyabrından 1993-cü ilin iyununadək olan dövrdə Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsini icra edib. 

Mətləb Mütəllimli

Sosial Ədalət Partiyasının sədri, sabiq deputat Mətləb Mütəllimli də ədliyyə orqanlarındakı fəaliyyətilə tanınıb. O, 1992-ci ildə Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini olub.

Tahir Kərimli

Vəhdət Partiyasının sədri olan millət vəkili Tahir Kərimli isə məhkəmə hakimiyyətində məsul vəzifə sahibi olub. O,1992-93-cü illərdə Ali Məhkəməyə sədrlik edib.

İlyas İsmayıl

Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayıl uzun müddət vəzifə tutmuş partiya sədrlərindəndir. O, 1978-85-ci illərdə Azərbaycan SSR baş prokurounun müavini, 1985-ci ildən 1990-cu ilə qədər isə Azərbaycan SSR-in prokuroru olub. Partiya sədri 1992-95-ci illərdə ədliyyə naziri vəzifəsini icra edib.

Pənah Hüseyn

Siyahıdakı siyasətçilər içərisində vaxtilə ən yüksək vəzifə sahiblərindən biri olan Xalq Partiyasının sədri Pənah Hüseyn 1993-cü ilin aprelindən iyununadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışıb.

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, millət vəkili 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.

Sabir Hacıyev

Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev 1988-ci ildən Azərbaycan SSR prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olub.

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri, sabiq deputat Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışıb. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışıb.

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də 1990-cı illərin əvvəlində yüksək vəzifə tutmuş siyasətçilərdəndir. O, 1992-ci ilin mayından 1993-cü ilin ortalarınadək milli təhlükəsizlik nazirinin 1-ci müavini vəzifəsini icra edib.

Əli İnsanov

2021-ci ilin oktyabrında dövlət qeydiyyatına alınan Haqq Ədalət Partiyasının sədri Əli İnsaov isə 12 il, 1993-cü ildən 2005-ci ilədək ölkənin səhiyyə naziri vəzifəsində çalışıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO