14 marşrut xəttində GECİKMƏ 

14 marşrut xəttində GECİKMƏ 

Hazırda oxunan: 14 marşrut xəttində GECİKMƏ 

87996

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 14 müntəzəm marşrut xətti üzrə 40 avtobusun hərəkət intervalında gecikmələr var. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

"Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektinə qədər sıxlıq müşahidə olunur.

Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 29, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur. 
"Paytaxtın digər küçə və prospektlərində avtobusların hərəkət intervallarına təsir göstərə biləcək sıxlıq müşahidə olunmur", - məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO