Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən güləşçimiz finalda albaniyalı Zelimxan Abakarova “tuşe” ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, dörddəbir finalda üçqat Avropa və üçqat dünya çempionu olan güləşçimiz İran idmançısı Morteza Hasanaliyə qalib gələrək yarımfinala adlayıb. Növbəti görüşünü özbəkistanlı Umidjon Jalolova qarşı keçirən H.Əliyev xalçadan qalib ayrılıb və finala yüksəlib.
Güləşçimiz 2017-ci ildə Bakıda təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:54 / 10.08.2022
Güləşçimiz İslamiadanın ikiqat qalibi oldu - QIZIL MEDAL
Hazırda oxunan: Güləşçimiz İslamiadanın ikiqat qalibi oldu - QIZIL MEDAL
Hazırda oxunan: Güləşçimiz İslamiadanın ikiqat qalibi oldu - QIZIL MEDAL
87954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.