Davada ən təhlükəli BÜRCLƏR – Onlarla mübahisədən çəkinin!

Davada ən təhlükəli BÜRCLƏR – Onlarla mübahisədən çəkinin!

Hazırda oxunan: Davada ən təhlükəli BÜRCLƏR – Onlarla mübahisədən çəkinin!

87940

Bəzi insanlara olduqca səbirli olsalar belə, özlərindən çıxdıqları anlarda qarşısınakı insanın kim olduğunun onlar üçün elə də əhəmiyyəti qalmır. Xüsusilə də, mübahisə davaya çevrildikdə bu şəxslər olduqca təhlükəli davranışlar sərgiləyə bilirlər.

Bizim.Media dava-dalaşda ən təhlükəli bürclərin siyahısını təqdim edir:

1. Qız

Bu bürcün nümayəndələri hər mövzuda məntiq və səbəb axtarırlar, eləcə də insanların davranışlarında. Əgər kiminsə hərəkətlərində heç bir əsaslı səbəb tapa bilmirlərsə və bu davranışlar onların işlərinə müdaxilə etməklə müşahidə olunursa, bu zaman özlərinə nəzarəti itirirlər. Belə vəziyyətlərdə qızlar hər şeyi edə biləcək potensialdadırlar.

2. Buğa

Ac, istirahəti pozulmuş və ya yuxudan oyadılmış buğadan təhlükəli insan tapmaq olduqca çətindir. Belə vəziyyətlərdə onlar həqiqətən də vəhşi buğaya çevrilirlər. Sözlərindən əlavə baxışları ilə qarşısındakına nifrət saçan əsəbi buğalar qarşısındakına ağır xəsarətlər yetirməkdən belə çəkinmirlər.

3. Şir

Ən tez özündən çıxan bürc olan şirləri əsəbiləşdirmək üçün onlara laqeyd yanaşmaq kifayətdir. Eqosu məmnun edilməmiş aslan qarşısındakını parçalamaq qüdrətindədir. Onlar haqsız çıxmağı, ya da döyülən tərəf olmağı heç vaxt qəbul etmirlər. Ona görə də məğlub olmamaq üçün silaha da əl ata bilərlər.

4. Dolça

Hər nə qədər dava-dalaşdan uzaq insanlar olsalar da, qürurlarına toxunan insanları bağışlamırlar. Səbrli olduqları üçün özlərindən çıxdıqda daha böyük partlayışa şahidlik edə bilərsiniz. Əsəbi dolça üçün qarşısındakının sosial statusunun heç bir əhəmiyyəti yoxdur. Qürurlarına dəyən zərbənin qisasını almaq üçün qarşı tərəfə zorakılıq tətbiq etməkdən çəkinmirlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO