Xaçmazda şaftalı yığımında yüksək məhsuldarlıq - FOTO 

Xaçmazda şaftalı yığımında yüksək məhsuldarlıq - FOTO 

Hazırda oxunan: Xaçmazda şaftalı yığımında yüksək məhsuldarlıq - FOTO 

87916

Xaçmazda şaftalı yığımı davam edir. Rayonun şaftalı bağlarında məhsul yığımı intensiv aparılır.

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, meyvə bağlarında "Zalatoy", "Fədai", "Nektarin" kimi sortlar yetişib.

Bağlarda məhsuldarlıq bu il daha yüksəkdir.

Bu barədə şaftalının vətəni olan Nərəcan kəndində meyvə bağlarına baş çəkən Xaçmaz İH başçısı Elnur Rzayevə yerli fermerlər məlumat verib.  

Ağsaqqal sakinlərlə və fermerlərlə görüşən rayon rəhbəri məhsuldarlıqla maraqlanıb. Məlumat verilib ki, rayon ərazisində ümumilikdə 2900 hektar şaftalı bağı var. Həmin bağlardan 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır.  

Hər il bağlardan 7000 tona yaxın şaftalı yığılır. Məhsulun böyük bir hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO