Əsgərlikdəki oğlunun yanından qayıdan ailə qəzaya düşdü – Ölən var 

Əsgərlikdəki oğlunun yanından qayıdan ailə qəzaya düşdü – Ölən var 

Hazırda oxunan: Əsgərlikdəki oğlunun yanından qayıdan ailə qəzaya düşdü – Ölən var 

87897

Yevlax rayonunda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var. 

Bizim.Media xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Report.az-ın məlumatına görə, "VAZ-2106" markalı avtomobillə digər minik avtomobilin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO