Hər gün “krasovka” ayaqqabılar geymək ZİYANDIR? - Ekspert səbəbləri AÇIQLADI

Hər gün “krasovka” ayaqqabılar geymək ZİYANDIR? - Ekspert səbəbləri AÇIQLADI

Hazırda oxunan: Hər gün “krasovka” ayaqqabılar geymək ZİYANDIR? - Ekspert səbəbləri AÇIQLADI

87858

“İdman ayaqqabılarını idman edərkən ayağa düşən təzyiqi azaltmaq məqsədilə geyinmək lazımdır. Məqsəd ağır fiziki hərəkətlər zamanı ayağı qorumaqdır ki, hər hansı bir fəsad yaranmasın”.

Həkim teropeft Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, çoxlarına rahatlıq kimi görünən, bəzilərinin də gündəlik geyim qarderobuna daxil etdiyi idaman ayaqqabılarından sırf idmanla məşqul olduğumuz zaman istifadə etmək məqbuldur:

“Hər fəslin özünə uyğun ayaqqabılarından istifadə etmək məsləhətlidir. Yayda tez-tez idman ayaqqabısı geyinmək ayağı tərlədə bilər və yayda istifadə üçün idman ayaqqabısı seçərkən onun havalanmasına fikir vermək lazımdır. Daha bir məqam isə ayaqqabının çəkisi ilə bağlıdır. İdman ayaqqabısı alarkən əsasən onun yüngüllüyünə diqqət etmək lazımdır. Ayaqda daşınması çətin və ya ağır olan idman ayaqqabları təbii ki, idman zamanı ayağı müdafiə etmək əvəzinə daha çox zədələyəcək”.

Ekspertin sözlərinə görə aşağı keyfiyyətdə hazırlanmış idman ayaqqabıları ayaqlarda göbələk kimi müalicəsi çətin olan xəstəliklərə yol aça bilər:

“Əslində idman ayaqqabılarının hamısı ortopedikdir. Normal insanın ayağının altında anadangəlmə elastiklik var. İdman zamanı ayaqdakı elastikliyin itməməsi üçün idman ayaqqabları ayağı qoruyurlar. Elastiklik qorunanda isə pəncədən baldıra, baldırdan da bud nahiyəsinə verilən elastiklik azaldılır.

Nəticədə idmanla məşqul olan şəxslərdə bu ayaqqabıdan istifadə edən zaman ürək və qan dövranının fəaliyyəti güclənməyə başlayır. İdman ayaqqabılarında ayağın alt hissəsi ortopedik olur, yəni ayağın aşağıya doğru təzyiqini azaldır ki, tağ hissə düzləşməsin. İdman ayaqqabılarının özəlliyi də məhz bundan ibarətdir. Həmçinin bu tip ayaqqabıların keyfiyyətinə də fikir vermək gərəkdir. Keyfiyyətsiz ayaqqabı ayağı tərlədə və bunun fonunda pis qoxuyla yanaşı, ayaqlarda gec sağalan göbələk xəstəlikləri də yarada bilər”.

Keyfiyyətsiz idman ayaqqabılarının uzunmüddətli istifadəsi zamanı ayaq tağının düzlənməsinə gəlincə isə ekspertin fikrincə bunun idman ayaqqabısı ilə heç bir əlaqəsi yoxdur. Birbaşa olaraq bədəndəki kollogen sistemin inkişafı ilə əlaqədardır:

“Ayaqlarda fəsadların yaranmaması üçün kollogen sistemin inkişafı xüsusilə önəmlidir. Bədəndəki kollogen sistemi yaxşı inkişaf etməyən insanlarda ayaq tağı düzləşməyə başlayır. Bağlar kollogen sistemdən yaxşı təchiz olunanda insanda ayaq tağı düzləşmir və bunun ömür boyu qorunması baş verir. Kollogen sistem yaxşı inkişaf etmədikdə isə ayaq bağları boşalmağa başlayır və sümük aşağı yatır.
 

Nəticədə isə ayaq tağı düz olur. Belə insanlarda yük baldıra verilir və onlar biraz hərəkət etdikdən sonra baldırları ağrımağa başlayır. Çünki bu  zaman pəncədə olan yüklənmə baldıra verilməyə başlayır.


Daha sonra ağırlıq baldırdan buda doğru ötürülməyə başlayır. Anadanglmə kollogen sistemi zəif inkişaf edən insanlarda bu kimi hallar baş verir. Çox vaxt kollogen sistemi zəif olan uşaqlara daimi ortopedik idaman ayaqqabıları təyin edirlər ki, ayaqqabı ayaqdakı yükün ötürücülüyünü təmin etsin, amma təəssüf ki, effekt elə də qənaətbəxş olmur”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO