Şirvan Apellyasiya Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Sərvan Yaqubovun apellyasiya şikayətinə baxılıb.
Bizim.Media-nın xəbərinə görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.
Qərara görə, Sərvan Yaqubovun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi həmin məcəllənin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.
Məhkəmə Sərvan Yaqubovu Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü (qanunsuz olaraq silah saxlama) maddələri ilə təqsirli bilib.
Onun cəzası 8 ilə endirilib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərvan Yaqubov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 2021-ci il iyulun 30-da İmişli və Biləsuvar rayonlarının sərhədində yerləşən məcburi köçkün düşərgəsində baş verib.
Sərvan Yaqubov Cəbrayıl rayon sakini olan tanışı, polis serjantı Qurban Qurbanovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:35 / 10.08.2022
Azərbaycanda polis əməkdaşını öldürməyə cəhd edən şəxsin cəzası yüngülləşdirildi
Hazırda oxunan: Azərbaycanda polis əməkdaşını öldürməyə cəhd edən şəxsin cəzası yüngülləşdirildi
Hazırda oxunan: Azərbaycanda polis əməkdaşını öldürməyə cəhd edən şəxsin cəzası yüngülləşdirildi
87852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.